Konfrans Liqası: yarımfinal 4 fərqli ölkə təmsilçisi yarışacaq

Konfrans Liqası: yarımfinal 4 fərqli ölkə təmsilçisi yarışacaq

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Bütün cavab oyunları eyni gündə keçirilib və bütün yarımfinalçıların adına aydınlıq gəlib. "Lester" ilk görüşdə 0:0 hesablı heç-heçə etdiyi PSV-nin qonağı olub və 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.  "Feyenoord" "Slaviya" ilə səfərdə qarşılaşıb (İlk oyun - 3:3) və 3:1 hesablı qələbə ilə növbəti mərhələyə adını yazdırıb. "Marsel" ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyi PAOK-la Yunanıstanda üz-üzə gəlib. 1:0 hesab ilə rəqibini məğlub edən Fransa təmsilçisi yarımfinala adlayıb." Roma" evdə "Budo Qlimt"lə qarşılaşıb (ilk matç - 1:2) və rəqibini 4:0 hesabı üstələyərək 1/2 finala yüksəlib. Beləliklə, yarımfinalda "Lester" "Roma" ilə, "Feyenoord" isə "Marsel"lə  qarşılaşacaq. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də keçiriləcək.
 
 
UEFA Konfrans Liqası, 1/4 final
 
Cavab oyunları
 
14 aprel
 
PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2
Qollar: Zahavi, 27 (1:0), Madisson, 77 (1:1), Pereyra, 88 (1:2)
İlk oyun - 0:0
"Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland) - 1:3
Qollar: Dessers, 2 (0:1), Traore, 14 (1:1), Dessers, 59 (1:2), Sinisterrra, 78 (1:3)
Qırmızı vərəqə: Kaçaraba, 94+4 ("Slaviya")
İlk oyun - 3:3
PAOK (Yunanıstan) - "Marsel" (Fransa) - 0:1
Qol: Payet, 34
İlk oyun - 1:2
"Roma" (İtaliya) - "Budo Qlimt" (Norveç) - 4:0
Qollar: Abraham, 5, Zaniolo, 23, 29, 49
İlk oyun - 1:2.