Yarımfinal İngiltərədən başlayacaq

Yarımfinal İngiltərədən başlayacaq

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin proqramı açıqlanıb. Aprelin 26-da İngiltərənin "Mançester Siti" komandası "Etihad" stadionunda İspaniya "Real Madrid"ini qəbul edəcək. Cavab görüşü mayın 4-də "Santyaqo Bernabeu" stadionunda gerçəkləşəcək.
İki ölkənin digər təmsilçiləri "Liverpul" və "Vilyarreal" isə ilk dəfə aprelin 27-də "Enfild" stadionunda qarşılaşacaqlar. "Estadio de la Ceramica"dakı matç isə mayın 3-nə təyin olunub. Bütün oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, final görüşü mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da olacaq.