"Sabah"a 800 manat cərimə

"Sabah"a 800 manat cərimə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Tədbirdə Premyer Liqamızın 22-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib. Komitə "Sabah" klubuna xəbərdarlıq edib. Buna paytaxt təmsilçisinin evdə "Zirə" ilə görüşündə hakimlər otağının internet ilə təmin edilməməsi səbəb olub.Həmçinin klubun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Sabah" 800 manat cərimələnib. Qeyd edək ki, "Sabah" - "Zirə" matçı Murad Musayevin baş məşqçi olduğu kollektivin 3:1 hesablı qələbəsi ilə başa çatıb.