«Şəhərlilər» Haalandın transferini həll ediblər

«Şəhərlilər» Haalandın transferini həll ediblər

Almaniyanın “Borussiya Dortmund” klubunun futbolçusu Erlinq Haaland “Mançester Siti” komandası ilə beşillik müqavilə imzalayıb. Bu barədə xarici KİV-lər məlumat yayıb. Haalandın “Mançester Siti”də alacağı məvacibi də məlum olub. Belə ki, norveçli futbolçu Mançester klubunda həftəsinə 500 min funt sterlinq qazanacaq. Qeyd edək ki, Haalandın “Borussiya Dortmund”la 2024-cü ilədək müqaviləsi var. O, cari mövsüm 23 oyunda meydana çıxıb, 17 dəfə fərqlənib və 4 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.