Levandovski "Bavariya"da narahatdır

Levandovski "Bavariya"da narahatdır

Almaniyanın "Bavariya" klubu futbolçusu Robert Levandovskini cari mövsümün sonunda 40 milyon avroya satmağa hazırdır. Münhen təmsilçisi 2023-ci ilin yayında müqaviləsi başa çatacaq polşalı hücumçunun satışından gəlir əldə etməyi planlaşdırır.Daha əvvəl İspaniya mətbuatı 34 yaşlı forvardın "Barselona" ilə anlaşdığını yazıb. Qeyd edək ki, Robert Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir.