Azərbaycan kuboku: Bu gün yarımfinal mərhələsinə start veriləcək

Azərbaycan kuboku: Bu gün yarımfinal mərhələsinə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək. Mərhələnin ilk oyunu Qəbələdə təşkil olunacaq. Burada  “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə gələcək. Saat 17:30-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.

Digər görüşdə isə “Neftçi” klubu “Zirə” ilə qarşılaşacaq. Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq oyun saat 20:00-da start götürəcək. Oyunun baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.