Xəstəxanaya yerləşdirilən Pelenin vəziyyəti stabildir

Xəstəxanaya yerləşdirilən Pelenin vəziyyəti stabildir

Braziliyalı məşhur futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib. 82 yaşlı veteran hücumçu əvvəllər kimyaterapiya kursu keçdiyi San-Pauludakı "Albert Eynşteyn" klinikasında müalicəsini davam etdirir.

Həkimlərin nəzarəti altında olan üçqat dünya çempionunun vəziyyəti stabildir. Futbolçunun bir neçə gündən sonra evə buraxılacağı gözlənilir.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib.