İtaliyada finalçılar müəyyənləşdi

İtaliyada finalçılar müəyyənləşdi

Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinin daha bir cavab görüşü keçirilib. Turindəki "Alyans" stadionunda "Yuventus" "Fiorentina"nı qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. İlk qolu 32-ci dəqiqədə Federiko Bernardeski vurub. 90-cı dəqiqədə isə Danilo yekun nəticəni müəyyənləşdirib. "Yuventus" ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün finala yüksəlib. Həlledici qarşılaşmada rəqib "İnter" olacaq.