London derbisində «top atəşi» — Foto

London derbisində «top atəşi» — Foto

Futbol üzrə İngiltərə Premyer Liqasında XXV turdan təxirə salınmış "Çelsi" - "Arsenal" oyunu keçirilib. Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:2.

Hesabı 13-cü dəqiqədə "Arsenal"ın futbolçusu Eddi Nketia açıb. 17-ci dəqiqədə Timo Verner bərabərlik qolunu vursa da, 27-ci dəqiqədə Emil Smit-Rou yenidən qonaqları önə keçirib. 32-ci dəqiqədə Sezar Aspilikueta bir daha hesabı bərabərləşdirib. Lakin Nketia 57-ci, Bukayo Saka isə penaltidən 90+2-ci dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Bununla da "Çelsi" 31 oyundan 62 xalla 3-cü, "Arsenal" isə 32 görüşdən 57 xalla 5-ci pillədə qərarlaşıb.

London derbisində «top atəşi» — Foto London derbisində «top atəşi» — Foto