Benzemadan bu dəfə «antirekord»

Benzemadan bu dəfə «antirekord»

Madrid “Real”ı La Liqanın səfər oyununda “Osasuna” ilə qarşılaşıb. Madrid klubu rəqib meydanında 3:1 hesabı ilə qalib gəlib. Bu qarşılaşma Kərim Benzema üçün uğursuz olub. Fransalı hücumçu 2 penaltidən yaralana bilməyib.
O, son 16 ildə La Liqada belə uğursuzluq yaşayan ilk oyunçudur. Bir matçda iki penaltini qaçıran sonuncu futbolçu Raul Texudo olub. “Espanyol”un oyunçusu 2006-ci ilin aprelində “Betis”lə görüşdə (2:0) iki belə imkanı qaçırıb.