“Qırmızı şeytanlar”a yeni baş məşqçi gəlir

“Qırmızı şeytanlar”a yeni baş məşqçi gəlir

“Mançester Yunayted” rəhbərliyi yeni baş məşqçinin adını futbolçulara açıqlayıb. Belə ki, "Ayaks"ın niderlandlı baş məşqçisi Erik ten Haq yaxın günlərdə Mançesterə gələcək.
Niderlandlı mütəxəssisin təyinatı ilə bağlı İngiltərə Premyer Liqasının 34-cü turunun “Arsenal”la aprelin 23-də keçiriləcək oyundan sonra rəsmi açıqlama yayılacaq.
Qeyd edək ki, “qırmızı şeytanlar”ı hazırda Ralf Ranqnik çalışdırır. 63 yaşlı mütəxəssis 2021-ci il dekabrın 3-dən komandaya rəhbərlik edir.
Xatırladaq ki,  33 oyundan sonra "Mançester Yunayted" Premyer Liqanın  turnir cədvəlində 54 xalla 6-cı yerdədir.