Finalın idarəçiliyi qadınlara tapşırıldı

Finalın idarəçiliyi qadınlara tapşırıldı

Fransa kubokunun final matçını ilk dəfə qadın hakim idarə edəcək. "Nant"la "Nitsa"nın qarşılaşacağı həlledici matç Stefani Frappara tapşırılıb. Görüş mayın 7-də Parisdəki "Stad De Frans" stadionunda keçiriləcək.

Qeyd edək ki, Frappar 3 il əvvəl UEFA Superkubokunun “Çelsi” - Liverpul” matçında da baş hakim olub.