Marko Asensioya yeni təklif

Marko Asensioya yeni təklif

Madrid "Real"ı futbolçusu Marko Asensio ilə müqaviləni uzatmaq istəyir. «Kral klubu» 26 yaşlı oyunçuya 2026-cı ilin yayında başa çatacaq müqavilə təklif edib. O, bu təklifi qəbul etsə, ilinə  7 milyon avro qazanacaq. Hazırda tərəflər arasında danışıqlar gedir. Qeyd edək ki, ispan futbolçunun "Real"la müqaviləsi 2023-cü ilin yayı başa çatır.