AFFA-nın baş katibindən yeni açıqlama

AFFA-nın baş katibindən yeni açıqlama

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunacaq. Bunu AFFA-nın baş katibi Sərxan Hacıyev aprelin 21-də jurnalistlərə açıqlamasında deyib. Baş katib bildirib ki, bu məsələyə İcraiyyə Komitəsinin qarşıdakı iclasında baxılacaq. Hazırda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmmədov yerinə yetirir. O, mayın 1-dən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsində fəaliyyətə başlayacaq.