Final oyununda qapılara  6 top vuruldu

Final oyununda qapılara  6 top vuruldu

“Coca-Cola məktəbli kuboku”nun Binəqədi rayonu üzrə final oyunu keçirilib. AFFA-nın təşkilatçılığı ilə keçirilən final qarşılaşmasında 244 saylı tam orta məktəbin komandası 3 saylı tam orta məktəbin kollektivi ilə qarşılaşıb. Binəqədi rayonu üzrə turnirin qalibi adını rəqibini 5:1 hesabı ilə məğlub edən 3 nömrəli orta məktəbin komandası olub.