İbrahimoviç Tottinin rekordunu qırdı

İbrahimoviç Tottinin rekordunu qırdı

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç "Roma"nın əfsanəvi oyunçusu Françesko Tottiyə məxsus rekordu qırıb.

Olimpnews.az-ın məlumatına görə, 41 yaşlı hücumçu buna "Latsio"ya 2:1 hesabı ilə qalib gəldikləri A Seriyasının XXXIV tur oyununda nail olub.

90+2-ci dəqiqədə məhsuldar ötürmə edən forvard çempionatda bunu bacaran ən yaşlı futbolçu adına sahib çıxıb. İsveçli oyunçu 40 yaş 6 ay 21 günündə asist edib. Totti isə buna 40 yaş 4 ay 23 günündə müvəffəq olmuşdu.

Qeyd edək ki, "Milan" 74 xalla turnir cədvəlinin lideridir.