"Beşiktaş" böyük hesabla uduzdu

"Beşiktaş" böyük hesabla uduzdu

Türkiyə Superliqasında 34-cü tura yekun vurulub.

Olimpnews.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.

"Beşiktaş” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb və 3 cavabsız qola uduzub. “Sivasspor” isə evdə “Alanyaspor”u minimal hesabla üstələyib.

25 aprel

"Beşiktaş" – "Kasımpaşa" - 0:3
Qollar:
 Muleka, 28; 82. Ouanes, 45+1.

"Sivasspor" – "Alanyaspor" - 1:0
Qollar:
 Fajr, 52-pen.

Bu nəticədən sonra "Beşiktaş" 51 xalla 7-ci, "Kasımpaşa" 47 xalla 11-cidir.