“Benfika” UEFA Gənclər Liqasının qalibi  oldu

“Benfika” UEFA Gənclər Liqasının qalibi  oldu

UEFA Gənclər Liqasında 2021/2022 mövsümünün qalibinin adına aydınlıq gəlib. İsveçrənin Nyon şəhərində keçirilən final oyununda Asvtriyanın "Zaltsburq" komandası ilə Portuqaliyanın “Benfika” klubu qarşılaşıb. Görüş Portuqaliya təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunıaşıb. "Benfika" klubu 4-cü cəhdində bu titula sahib çıxıb. Hesabı 2-ci dəqiqədə Martim Neto açıb. 15-ci dəqiqədə Enrike Araujo fərqi artırıb. 53-cü dəqiqədə Şer N Dur 3-cü topu rəqibin qapısından keçirib. 57-ci dəqiqədə Araujo özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 69-cu dəqiqədə Luiş Semedu Avstriya təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 89-cu dəqiqədə Araujo qoyub. Penaltidən fərqlənən 20 yaşlı hücumçu het-trikini rəsmiləşdirib.
Qeyd edək ki, "Benfika" və "Zaltsburq" 2017-ci ildə də Gənclər Liqasının finalında qarşılaşıb. Həmin oyunda Portuqaliya təmsilçisi 1:2 hesabı ilə uduzub.