"Mançester Siti" - "Real" oyununda rekord təkrarlandı

"Mançester Siti" - "Real" oyununda rekord təkrarlandı

Çempionlar Liqasının yarımfinal mərhələsində "Real" və "Mançester Siti" arasındakı ilk matçda qol rekordu təkrarlanıb.

Sportline.az xəbər verir ki, İngiltərədə oynanılan qarşılaşmada qapılara ümumilikdə 7 qol vurulub. Nəticədə ÇL-in yarımfinal mərhələsinin rekordu təkrarlanıb. İndiyədək 1995-ci ildə "Ayaks" - "Bavariya" (4:3), 2018-ci ildə isə "Liverpul" - "Roma" (5:2) görüşündə 7 qol qeydə alınıb.

Qeyd edək ki, "Mançester Siti" və "Real" arasında cavab matçı mayın 4-də Madriddə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.