Mahirin çiyni çıxıb

Mahirin çiyni çıxıb

Zaqreb "Dinamo"sunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emrelinin çiyni çıxıb.

Olimpnews.az xəbər verir ki, bu barədə komandanən baş məşqçisi Ante Çaçiç bildirib.

69 yaşlı mütəxəssis deyib ki, "Qoritsa" ilə son çempionat matçında rəqiblə ikili mübarizədən sonra yerə yıxılan 25 yaşlı forvard problemi özü yoluna qoyub: "O, həkimlər meydana daxil olanadək çiynini yerinə salıb".

Emreli həmin epizoddan sonra ayağa qalxaraq, oynamağa davam edib. Forvard 75-ci dəqiqədə əvəzlənib.

Futbolçunun bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. O, artıq müalicəyə başlayıb.

Emrelinin mayın 1-də "Lokomotiv" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.