Çempionlar Liqası: “Mersisaydlılar” finalın bir addımlığında

Çempionlar Liqası: “Mersisaydlılar” finalın bir addımlığında

Ötən gecə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib. Bununla da bu mərhələnin ilk oyunlarına yekun vurulub. Yarımfinal mərhələsinin ikinci oyun günündə bir qarşılaşma təşkil olunub. İngiltərənin "Liverpul" klubu İspaniyanın "Vilyarreal" klubunu qəbul edib. “Enfild road" stadionundakı görüş meydan “mersisaydlılar”ın qələbəsi ilə başa atıb - 2:0. Oyunda hər iki qol birinci hissədən sonra vurulub. Matçın 53-cü dəqiqəsində qonaqların qapıçısı Xeronimo Rulyi avtoqol müəllifi olub. Cəmi 2 dəqiqə sonra isə Sadio Mane fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb. O, bu qolla həm də Didye Droqbanın rekordunu yeniləyib. S.Mane oyunda fərqlənməklə turnirdə qollarının sayını 14-ə çatdırıb. Belə ki, daha əvvəl afrikalı futbolçular arasında Avropanın nüfuzlu klub turnirində ən çox qol vuran D.Droqba idi - 14.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.