Avropa Liqası: Bu gün yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək

Avropa Liqası: Bu gün yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək. Bu mərhələnin hər iki oyunu eyni gündə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Turnirin favoritlərindən Almaniyanın "Leyptsiq" klubu doğma meydanda Şotlandiyanın "Reyncers" komandasını qəbul edəcək. "Red Bull Arena"dakı matçın baş hakimi fransalı Benua Bastyen olacaq.
Gecənin digər qarşılaşmasında isə İngiltərənin "Vest Hem" klubu isə eyniadlı stadionda Almaniyanın "Ayntraxt" komandası ilə qarşılaşacaq. Matçı Niderlanddan olan FIFA referisi Sərdar Gözüböyük idarə edəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.