Konfrans Liqası: Yarımfinal mərhələsinin oyunlarına start verilir  

Konfrans Liqası: Yarımfinal mərhələsinin oyunlarına start verilir  

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Günün hər iki qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i Niderlandda "Feyenoord"la üz-üzə gələcək. Görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək.
Gecənin digər matçında İtaliyanın "Roma" komandası İngiltərədə "Lester"lə qarşılaşacaq. "Lester Siti" stadionundakı oyunu ispaniyalı baş hakim Karlos del Serro idarə edəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 5-də təşkil olunacaq.