AFFA "Qarabağ"ı cərimələdi

AFFA "Qarabağ"ı cərimələdi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXIV turunda baş verən hadisələrlərlə bağlı qərarlarını açıqlayıb.

Olimpnews.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən qərarları təqdim edir.

Premyer Liqanın XXIV turunun “Sabah” – “Şamaxı” oyununda oyun öncəsi dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur (maddə 62.2);

“Şamaxı” klubunun futbolçusu Flores Franko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

“Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

XXIV turun “Səbail” – “Neftçi” oyununda “Neftçi” klubunun futbolçusu Ömər Buludov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

XXIV turun “Qəbələ” – “Qarabağ” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilir;

“Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);