Finalın adı: "Zirə" - "Qarabağ"

Finalın adı: "Zirə" - "Qarabağ"

Bu gün Azərbaycan Premyer Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Olimpnews.az xəbər verir ki, ilk olaraq "Qarabağ" "Qəbələ"ni qəbul edib.

Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi. Bugünkü matçda isə "Qarabağ" 5:1 hesablı qələbə ilə finala yüksəlib.

Günün son qarşılaşmasında "Zirə" "Neftçi"nin qonağı olub. Bu komandalar arasında ilk görüşdə qapılara qol vurulmamışdı. Bu matçda da qol olmayıb. Penaltilər seriyasında isə "Zirə" rəqibini üstələyərək (4:2) finala yüksəlib. Bu, "Zirə"nin tarixində ilk finalıdır.

Beləliklə, kubokun final matçında "Qarabağ" və "Zirə" qarşılaşacaq. Mayın 27-də keçiriləcək həlledici matçın məkanı hələlik açıqlanmayıb.

29 aprel (cümə)

20:30. “Neftçi” – “Zirə” - 0:0 (Penaltilər seriyası - 2:4)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bakcell Arena”
İlk oyun - 0:0

17:30. “Qarabağ” – “Qəbələ” - 5:0 

Qollar: Ramil Şeydayev, 5, Kadi Borqes, 13-pen. 17, Leandro Andrade, 37, Ramil Şeydayev, 58
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Azersun Arena”
İlk oyun - 3:1