“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə hesablarında qucağında yeni doğulmuş qızı ilə fotosunu yayıb.
Olimpnews.az xəbər verir ki, o, paylaşdığı şəkillə birgə bu sözləri yazıb: "Əbədi sevgi".
Xatırladaq ki, aprelin 18-i Ronaldonun əkizləri dünyaya gəlmişdi. Onun qızı sağ qalsa da, oğlu vəfat etmişdi.