Çempionlar Liqasının ilk finalçısı “Liverpul” oldu

Çempionlar Liqasının ilk finalçısı “Liverpul” oldu

Ötən gecə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Finala vəsiqə uğrunda görüşdə İspaniyanın “Vilyarreal” komandası ilə İngiltərənin “Liverpul” klubu qarşılaşıb. İspaniyada təşkil olunan oyun gərgin və maraqlı mübarizə şəraitində keçib. İlk oyunda 2:0 hesablı qələbə qazanan Yurgen Klopun komandası bu dəfə də meydanı qalib qismində tərk edib -2:3. Baxmayaraq ki, bu qələbə “mersisaydlılar” üçün heç də asan başa gəlməyib.  Oyunda hesab 3-cü dəqiqədə açılıb. "Vilyarreal"ın hücumçusu Bulaye Dia fərqlənib. Matçın 41-ci dəqiqəsində Fransis Koklin fərqi artırıb -2:0. Fasilədən sonra "Liverpul" klubu geridönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqədə fərqlənib. Beləliklə, “Liverpul” klubu bu oyunda əzmkar qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. İngiltərə təmsilçisinin finaldakı rəqibinin adına İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları arasında keçiriləcək digər yarımfinal görüşündən sonra aydınlıq gələcək.