Bu gün Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək

Bu gün Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulacaq. İkinci oyun günündə finala vəsiqə uğrunda İspaniyanın “Real” və  İngiltərənin “Mançester Siti” komandaları üz-üzə gələcək. “Santyaqo Bernabeu” stadionunda keçiriləcək matçı italiyalı baş hakim Daniele Orsato idarə edəcək. Bu komandalar arasında İngiltərədəki qarşılaşma “şəhərlilər”in 4:3 hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi finalda ötən gün İspaniyanın “Vilyarreal” komandasını məğlub edən (3:2, 2:0) İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.