Benzema Ronaldonun rekordunu təkrarladı

Benzema Ronaldonun rekordunu təkrarladı

"Real"ın hücumçusu Kərim Benzema Çempionlar Liqasında komandanın sabiq futbolçusu, Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Qol.az yarışın rəsmi "Tvitter" hesabına istinadən xəbər verir ki, 34 yaşlı forvard buna turnirin yarımfinal mərhələsində "Mançester Siti" ilə hazırda davam edən cavab görüşündə fərqlənməklə nail olub.

O, 95-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Benzema 2021/2022 mövsümündə ÇL-in pley-off mərhələlərində vurduğu qolların sayını 10-a çatdırıb. Bununla da fransalı futbolçu Ronaldonun 2017-ci ildəki rekordunu təkrarlayıb.

Qeyd edək ki, "Real" yarımfinalın ilk oyununda "Mançester Siti"yə 3:4 hesabı ilə uduzub. Hazırda davam edən cavab görüşündə əlavə vaxt oynanılır. Madrid təmsilçisi 3:1 hesabı ilə öndədir. Cütün qalibi finalda "Liverpul"la üz-üzə gələcək.