Pep Quardiola: «Biz yenidən düşünməli və geri qayıtmalıyıq»

Pep Quardiola: «Biz yenidən düşünməli və geri qayıtmalıyıq»

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Çempionlar Liqasının yarımfinalında səfərdə "Real"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikrlərini bildirib.
“Biz finala yaxın idik, lakin bunu bacara bilmədik. Hər şey sadədir. İlk hissə orta səviyyədə keçdi. Çox əziyyət çəkməsək də, kifayət qədər yaxşı oynamadıq. Qol vurduqdan sonra daha yaxşı təsir bağışladıq. Biz tempimizi, oyunumuzu tapdıq, futbolçular özlərini rahat hiss etdilər. “Real”  son 10 dəqiqə ərzində hücuma keçdi və biz əziyyət çəkdik. Militao, Rodriqo, Vinisius, Benzema da daxil olmaqla bir çox oyunçu cərimə meydançasında idi. “Real” böyük güclə irəli getdi. Onlar cinahlardan təzyiq göstərdilər və nəticədə iki qol vurdular. Hər zamankı kimi oynaya bilmədik. Futbolçular təzyiq hiss edirdilər və bu, yarımfinal üçün normaldır. Oyun belədir. Biz bunu qəbul etməliyik. Biz yenidən düşünməli və geri qayıtmalıyıq. Qarşıda bizi  çempionatda daha dörd oyun gözləyir".