«"Santyaqo Bernabeu"da kiçik qığılcım bizə bəs edir»

«"Santyaqo Bernabeu"da kiçik qığılcım bizə bəs edir»

«Real»ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında evdə "Mançester Siti"yə 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra keçirilən mətbuat konfransında qələbə təəssüratlarını bölüşüb.

“Bizim geridönüşlərlə qalib gəlməyə öyrəşdiyimizi deyə bilmərəm. Amma eyni hadisə “Çelsi” və PSJ ilə matçlarda da baş verdi. Hər şey artıq bitmiş kimi görünəndə klubun tarixi mübarizəmizi davam etdirməyə kömək edir. Hesabda geridə ikən çox az insan qələbə qazanacağımıza inanırdı. Lakin biz son gücü tapa bildik. Güclü rəqiblə yaxşı oyun keçirdik. Hesabı bərabərləşdirə bildiyimiz zaman əlavə vaxtda psixoloji üstünlük əldə etdik. "Santyaqo Bernabeu" stadionunda kiçik qığılcım bizə bəs edir. Bu stadion sehrlidir.

Parisdə finalda daha bir güclü rəqibə qarşı oynayacağımız üçün xoşbəxtəm. Biz buna öyrəşmişik. Bu, fantastik matç olacaq. Mənim üçün “Liverpul”la final derbi kimidir, çünki mən "Everton"lu olaraq qalıram”.

Qeyd edək ki, Ançelotti 2019-2021-ci illərdə “Everton”u çalışdırıb, sonra yenidən "Real"a qayıdıb.

Xatırladaq ki, final oyunu mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.