"Velodrom"da "UEFA Mafia" koreoqrafiyası

"Velodrom"da "UEFA Mafia" koreoqrafiyası

Konfrans Liqasının yarımfinalının "Marsel" - "Feyenoord" cavab oyunundan (0:0) əvvəl meydan sahiblərinin azarkeşləri UEFA-ya "sürpriz" ediblər.

Olimpnews.az xəbər verir ki, fransalı fanatlar "Velodrom" stadionunda keçirilən matçın start fitindən əvvəl tribunada böyük "UEFA Mafia" koreoqrafiyası nümayiş etdiriblər. Həmçinin, azarkeşlər pirotexniki vasitələr də yandırıblar.  

 "Marsel" fanatları bundan əvvəl də UEFA ilə bağlı bu cür pankartlar açıblar. Buna görə klubun cəzalandırılacağı gözlənilir.