Konfrans liqasında Albaniya finalçıları müəyyənləşib 

Konfrans liqasında Albaniya finalçıları müəyyənləşib 
Konfrans Liqasında yarımfinal mərhələsi başa çatıb. "Roma" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Lester"i İtaliyada qəbul edib. Paytaxt təmsilçiləri 1:0 hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib. 
"Feyenoord" pley-off mərhələsində "Marsel"lə Fransada üz-üzə gəlib. Matçda hesab dəyişməyib. İlk görüşdə  3:2 hesablı qələbə qazanan Niderland təmsilçisi finala adlayıb. 
Beləliklə, turnirin finalında "Feyenoord" "Roma" ilə üz-üzə gələcək. Mayın 25-i Albaniyadakı "Kombötare" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 
 
UEFA Konfrans Liqası, yarımfinal
 
Cavab oyunları
 
5 may
 
23:00. "Roma" (İtaliya) - "Lester" (İngiltərə) - 1:0
Qol: Abraham, 11
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Roma, "Olimpiko" stadionu
 
İlk oyun - 1:1.
 
23:00. "Marsel" (Fransa) - "Feyenoord" (Niderland) - 0:0
Baş hakim: Sandro Şerer (İsveçrə)
Marsel, "Velodrom" stadionu
İlk oyun - 2:3
 
Final
 
25 may
23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)