Azərbaycanda işləmiş mütəxəssis Afrika ölkəsinin baş məşqçisi olacaq

Azərbaycanda işləmiş mütəxəssis Afrika ölkəsinin baş məşqçisi olacaq

"Bakı" klubunun sabiq baş məşqçisi Vinfrid Şefer karyerasını yenidən Afrikada davam etdirəcək.

Olimpnews.az "Les Aigles Du Mali" nəşrinə istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssis Mali yığmasının sükanı arxasına keçəcək.

Almaniyalı baş məşqçi bu postda Məhəmməd Maqassoubanı əvəzləyəcək.

Qeyd edək ki, Vinfrid Şefer 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı"nın baş məşqçisi olub. O, 2001 - 2004-cü illərdə Kamerun yığmasına rəhbərlik edib.