"Borussiya"(Dortmund) klubunun futbolçusu Erlinq Haalandın "Mançester Siti"yə transferi rəsmiləşib.
Olimpnews.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Norveçli hücumçunun bu il iyulun 1-dən yeni komandasına qoşulacağı bildirilib. Transferin digər detalları ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Erlinq Haaland 2020-ci ilin əvvəlindən "Borussiya"da çıxış edirdi.