Mais Verdizadə: “Komandamızın heyətində əhval-ruhiyyə yüksək səviyyədədir”

Mais Verdizadə: “Komandamızın heyətində əhval-ruhiyyə yüksək səviyyədədir”

“Aprelin 29-dan təlim-məşq toplanışlarında iştirak edirik. Məşqlərimiz gün ərzində iki dəfə olmaqla “Murov” klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin zalında keçirilir”.
Bu sözləri “Olimpiya dünyası” qəzetinə açıqlamasında 22 yaşadək oğlan voleybolçulardan ibarət yığma komandamızın üzvü Mais Verdizadə Avropa çempionatının seçmə mərhələsinə hazırlıqla bağlı danışarkən deyib. 
Məşqlərin yüksək səviyyədə davam etdiyini deyən voleybolçumuz Bakıdakı hazırlıq prosesini başa vurduqdan sonra mayın 14-də Türkiyəyə yola düşəcəklərini, yarışa hazırlığın son mərhələsinin Ankara şəhərində davam etdirəcəklərini bildirib.  
“Səhər fiziki, axşam isə texniki məşqlərimiz olur. Hazırlıqla bağlı hər şey qaydasındadır. Bizə yaradılan şəraitə görə federasiya rəhbərliyinə və məşqçilərimizə minnətdarlığımı bildirirəm. Məşqçilərimizin köməkliyi ilə hər ötən gün daha yüksək formaya çatmağa çalışırıq. Komandamızın heyətində əhval-ruhiyyə yüksək səviyyədədir. Çalışacağıq ki, Kosovada keçirilən yarışlarda uğurla çıxış edək. Rəqiblərimizi yaxşı tanıyırıq. Ən güclü rəqibimiz Niderland millisidir. Onlar sonuncu Avropa çempionatının qalibidirlər. Amma bütün gücümüzlə çalışacağıq ki, Kosovada layiqli mübarizə aparaq”, -  deyə Mais Verdizadə qeyd edib.

Qeyd edək ki, E qrupunda mübarizə aparan millimiz AVRO-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu mayın 20-də Kosova komandasına qarşı keçirəcək. Komandamız mayın 21-də Niderland, növbəti gün isə Slovakiya yığması ilə qarşılaşacaq. 
Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
 

Mais Verdizadə: “Komandamızın heyətində əhval-ruhiyyə yüksək səviyyədədir” Mais Verdizadə: “Komandamızın heyətində əhval-ruhiyyə yüksək səviyyədədir” Mais Verdizadə: “Komandamızın heyətində əhval-ruhiyyə yüksək səviyyədədir” Mais Verdizadə: “Komandamızın heyətində əhval-ruhiyyə yüksək səviyyədədir” Mais Verdizadə: “Komandamızın heyətində əhval-ruhiyyə yüksək səviyyədədir”