Karateçilərimiz 4-cü medalı qazandılar

Karateçilərimiz 4-cü medalı qazandılar

3-cü İslam Həmrəyliyi Oyunlarının karate yarışlarında daha bir idmançımız medal qazanıb.
Sentyabrın 24-də keçirilən yarışlarda 67 kq çəki dərəcəsində döyüşən Niyazi Əliyev Sudan, Əlcəzair və Mərakeş idmançılarına qalib gələrək finala yüksəlib.
Finalda idmançımız Səudiyyə Ərəbistanından olan Alkahazami Fahad Atiasa 2:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Bununla da Azərbaycan karateçilərinin 3-cü İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 2-si qızıl, 2-si gümüş olmaqla 4-ə çatıb.