Gimnastlarımız “IV Qdınyanın bədii gimnastika ulduzları-2022” beynəlxalq turnirdə iki medal qazanıb

Gimnastlarımız “IV Qdınyanın bədii gimnastika ulduzları-2022” beynəlxalq turnirdə iki medal qazanıb

Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə keçirilən “IV Qdınyanın bədii gimnastika ulduzları-2022” adlı beynəlxalq turnirdə çıxış edən yığma komandamızın böyüklərdən ibarət qrup hərəkətləri üzrə ikinci heyəti daha iki medal qazanıb. 

Bu barədə Gimnastika Federasiyası məlumat yayıb.

Belə ki, dünən çoxnövçülükdə birinci olan komandamız bu gün 5 halqa ilə qızıl, 3 lent və 2 topla hərəkətlərin icrasına görə gümüş medal əldə edib. Fərdi növdə isə komandamızın üzvü Alina Gözəlova topla hərəkətlərdə bürünc medala sahib çıxıb.