Levandovski “Qızıl buts”u cütləşdirdi

Levandovski “Qızıl buts”u cütləşdirdi

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb. Hücumçu Almaniya çempionatının 34 oyununda 35 qol vurub. 70 xala malik polşalı hücumçu rəqiblərini böyük fərqlə üstələyib. PSJ-nin ulduzu Kilian Mbappe 28 qolla 56 xal toplayıb. Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real”) hərəyə 27 topla 54 xal yığıblar.

Qeyd edək ki, futbolçu ötən mövsüm 41 qolla (82 xal) “Qızıl buts” qazanmışdı.