Azərbaycan Premyer Liqasında iştirak edəcək klublara lisenziyalar təqdim edilib

Azərbaycan Premyer Liqasında iştirak edəcək klublara lisenziyalar təqdim edilib

AFFA-nın inzibati binasında 2022-2023-cü il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Olimpnews.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları, statistik göstəricilər və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.

Növbəti mövsüm öncəsi AFFA İcraiyyə Komitəsi yeni qaydaları təsdiqləyəndən sonra edilmiş dəyişikliklərlə bağlı klublarla ətraflı treninqlər keçiriləcək.

Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.