Elxan Məmmədov Moldovada səfərdə olub

Elxan Məmmədov Moldovada səfərdə olub

FIFA-nın Avropa Milli Assosiasiyaları departamentinin direktoru Elxan Məmmədov Moldovada səfərdə olub. E.Məmmədov səfər zamanı Moldova Futbol Federasiyasının icraçı direktoru Adrian İksarla görüşüb. E.Məmmədov paytaxt Kişineu şəhərinin “La İzvor” parkında çimərlik futbolu arenasında olub. O, A.İksarla stadionda keçirilən çimərlik futbolu və digər idman növlərinin inkişafında infrastrukturun əhəmiyyətini müzakirə edib.