Əfran İsmayılov "Səbail"lə vidalaşıb

Əfran İsmayılov "Səbail"lə vidalaşıb

"Səbail" klubu daha bir futbolçusu ilə vidalaşıb.

Olimpnews.az əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi Əfran İsmayılovla yollarını ayırıb. 34 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Təcrübəli oyunçu böyük ehtimalla, karyerasını başa vuracaq və məşqçiliyə başlayacaq. Lakin onun Premyer Liqaya yüksələn "Turan Tovuz"a keçmə ehtimalı da var.

Qeyd edək ki, Əfran İsmayılov 2020-ci ildən "Səbail"də çıxış edirdi.