"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası pilotu Serxio Pereslə müqavilənin müddətini uzadıb.
Olimpnews.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı sürücünün yeni sözləşməsi 2024-cü ilin sonunadək nəzərdə tutulub.
Serxio Peres son olaraq, mayın 29-da keçirilmiş Monako Qran-prisinin qalibi olub. Meksikalı pilot 2021-ci ildə Bakıda keçirilmiş yarışda da finişə birinci çatıb.
Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.