Bu gün UEFA Millətlər Liqasında 2022/2023 mövsümünə start veriləcək.
"Report"un məlumatına görə, I turun ilk oyun günündə bir qarşılaşma oynanılacaq.
A Liqasının 4-cü qrupunda Polşa Uelsi qəbul edəcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək qarşılaşmanı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Bu qrupun digər qarşılaşması iyunun 3-də Belçika və Niderland komandaları arasında olacaq.
UEFA Millətlər Liqası, 1 iyun
I tur
A Liqası, 4-cü qrup
20:00. Polşa - Uels
Baş hakim: Rade Obrenoviç (Sloveniya)