Azərbaycanda futbolçu faciəvi şəkildə öldü - FOTO

Azərbaycanda futbolçu faciəvi şəkildə öldü - FOTO

Masallının “Ərkivan” futbol klubunun futbolçusu Əliəkbər Əliyev faciəvi şəkildə həlak olub.

O, mayın 30-da Hişkədərə kəndində çayda boğularaq ölüb.

Qeyd edək ki, Əliəkbər Əliyev 2006-cı ildə Masallının Hişkədərə kəndində anadan olub. Yeniyetmə futbolçu faciəvi hadisədən bir gün öncə “Balaxanı” futbol klubuna qarşı çıxış edib.//Qafqazinfo