Almaniyanın "Herta" komandasının yeni baş məşqçisi bəlli olub.
Olimpnews klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Sandro Şvartsa tapşırılıb.
44 yaşlı mütəxəssisin müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, yeni postda Feliks Maqatı əvəzləyib.
Qeyd edək ki, Sandro Şvarts son olaraq Rusiyanın "Dinamo" (Moskva) klubuna rəhbərlik edib.