Aleksandr Səmədova Rusiya klubunda vəzifə verilib

Aleksandr Səmədova Rusiya klubunda vəzifə verilib

Rusiya millisinin əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Səmədov "Fakel" klubunda baş seleksiyaçı funksiyasını yerinə yetirəcək.

OlimpNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqavilə imzalanıb.

38 yaşlı mütəxəssis klubun idman direktoru Kirill Kotovun rəhbərliyi altında çalışacaq.

Qeyd edək ki, Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasında çıxış edib. O, son olaraq "Lokomotiv"də baş seleksiyaçı olub.