"Formula 1" üzrə Azərbaycan Qran-prisi canlı yayımlanacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisi canlı yayımlanacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ölkə ərazisində canlı yayımlanacaq.

"OlimpNews"  məlumatına görə, Bakıdakı yarış "İdman TV"də ekranlara gətiriləcək.

Növbəti mərhələlərin yayımlanıb-yayımlanmayacağı hələlik bəlli deyil. Yeni mövsümün ilk Qran-priləri canlı göstərilməyib.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.