21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
"OlimpNews"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Robert İan Jenkinsin rəhbərliyi ilə uelsli hakimlər idarə edəcək.
AVRO-2023, seçmə mərhələ
20:00. Estoniya - Azərbaycan
Baş hakim: Robert İan Jenkins (Uels)
Parnu. “Parnu Rannastaadion”
Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 7 oyundan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb. 8 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu - 6-cı yerdədir.