Bu gün Millətlər Liqasında daha 7 oyun təşkil olunacaq

Bu gün Millətlər Liqasında daha 7 oyun təşkil olunacaq

İyunun 3-də UEFA Millətlər Liqasının I turunda növbəti oyunlara start veriləcək. Günün oyunları A, C və D Liqalarında təşkil olunacaq. Bu qruplarda ümumilikdə 7 oyun baş tutacaq. A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa Danimarkanı qəbul edəcək. Qrupun digər matçında Xorvatiya və Avstriya komandaları qarşılaşacaqlar.
4-cü qrupda isə Belçika və Niderland komandaları münasibətlərə aydınlıq gətirəcək.
Azərbaycan yığması C Liqasının 3-cü qrupunda Qazaxıstanın, Slovakiya isə Serbiyada Belarusun qonağı olacaq.
D Liqasının 1-ci qrupunda Latviya komandası Andorranı, Lixtenşteyn isə Moldovanı qəbul edəcək.